Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-12,
Seanews
Heyder Eliyev

Sinqapur boğazında üç gəmiyə basqın olub, bir dənizçi xəsarət alıb

Sinqapur boğazında doqquz gün ərzində üç gəmi quldurların basqınına məruz qalıb.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən birində heyət üzvü xəsarət alıb.

Asiya regionunda gəmi quldurluğu və silahlı basqınlarla bağlı məlumat mübadiləsi mərkəzinin (ReCAAP ISC) məlumatına görə, hadisələr noyabrın 2-də, 4-də və 10-da boğazın İndoneziya sularından keçən şərq istiqamətli hərəkət zolağında baş verib. Basqına məruz qalan gəmilər “Star Calypso” və “APJ Priti” quru yük gəmiləri, eləcə də “Salsa” tankeridir.

İki hadisə zamanı gəmilərdən mühərrik ehtiyat hissələri oğurlanıb. Digər hadisədə isə heç nə götürülməyib. ReCAAP ISC xəsarət alan dənizçinin hansı gəmidə olduğunu və xəsarətinin dərəcəsini açıqlamayıb.

Mərkəz Malakka və Sinqapur boğazlarında basqınların yenidən artmasından narahatlığını ifadə edərək, sahilyanı dövlətləri patrul və müşahidə tədbirlərini gücləndirməyə, hadisələrə operativ reaksiya verməyə və məlumat mübadiləsini genişləndirməyə çağırıb.

Son hadisələrlə birlikdə 2026-cı ilin əvvəlindən Sinqapur boğazında qeydə alınan basqınların sayı 28-ə çatıb. ReCAAP ISC gəmilərə, xüsusilə gecə saatlarında, təhlükəli ərazilərdən keçərkən sayıqlığı artırmağı və müşahidəni gücləndirməyi tövsiyə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır