Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Oman sahillərində gəmiyə dron hücumu nəticəsində iki dənizçi itkin düşüb

Omanın Sohar limanı yaxınlığında neft məhsulları daşıyan tankerə dron hücumu olub. Nəticədə iki dənizçi itkin düşüb. Doqquz nəfərin xilas edildiyi bildirilir. 

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) hücum barədə bazar günü məlumat yayıb. Hindistan hökuməti zərbə endirilən gəminin BƏƏ-yə məxsus “Petro Dolphin” tankeri olduğunu açıqlayıb. İtkin düşən dənizçilərin axtarışı davam edir.

Hadisə Oman sahillərində, Hörmüz boğazı ətrafındakı əsas münaqişə zonasından kənarda baş verib.

Son günlər regionda ticarət gəmilərinə qarşı digər hücumlar da qeydə alınıb. UKMTO-nun məlumatına görə, şənbə günü Müsəndəm yarımadasının şimalında başqa bir tanker naməlum mərmi ilə vurulub və gəmidə yanğın baş verib. Cümə günü isə BƏƏ-nin Şarca sahillərində bir gəmiyə mərmi düşməsi nəticəsində yanğın yaranıb. Hər iki hadisədə ekipaj üzvlərinin xəsarət almadığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır