Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Şarca sahilində lövbərdə dayanan tanker dron hücumuna məruz qalıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca sahillərində, Fars körfəzində lövbərdə dayanan neft tankerinə dronla hücum edilib. Panama bayrağı altında üzən “MT GEM No.2” gəmisində 22 hindistanlı dənizçi olub.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Hindistan hökuməti hadisə ilə bağlı açıqlamasında bütün dənizçilərin təhlükəsiz olduğunu bildirib.

Son həftələr Fars körfəzi və Qara dənizdə ticarət gəmilərinə hücumların intensivləşməsi fonunda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırışlar artıb.

Bu məqsədlə Hindistan və Liberiyanın həmsədrliyi ilə gəmiçiliyin və dənizçilərin təhlükəsizliyi üzrə “Dostlar qrupu” yaradılıb. Qrupun Nyu-Yorkda keçirilən ilk toplantısında 25 ölkənin nümayəndələri iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır