ABŞ İrana qarşı dəniz blokadasını yarmağa çalışan yük gəmisini vurub
ABŞ hərbçiləri Oman körfəzində İrana qarşı dəniz blokadasını yarmağa cəhd etdiyi bildirilən Çinə məxsus yük gəmisini vuraraq hərəkətsiz vəziyyətə salıblar.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, şənbə günü ABŞ qırıcı təyyarəsi “Ocean Molica” yük gəmisinin arxa hissəsinə zərbə endirib. Hadisə nəticəsində ekipaj üzvləri xəsarət almayıblar, lakin gəmi tamamilə hərəkətsiz qalıb.
CENTCOM-un bildirdiyinə görə, gəmi zərbədən əvvəl İran limanlarından birindən çıxaraq Oman körfəzi istiqamətində hərəkət edib. Bu, iyulun 14-də hazırkı formada bərpa edilən İran limanlarına qarşı dəniz blokadası çərçivəsində ABŞ qüvvələrinin hərəkətsiz vəziyyətə saldığı dördüncü ticarət gəmisidir.
1996-cı ildə inşa edilən, 70 min ton dedveytə malik “Ocean Molica” quru yük gəmisinin sahibi və operatoru Honkonqda yerləşir. Gəmi “Akira Sun” adı ilə də qeydiyyata alınıb (IMO 9139270).

