Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

class="content-title">“Qərbi Abşeron”dakı 10 nömrəli quyuda qazma işləri yekunlaşıb

SOCAR AQŞ “Qərbi Abşeron” yatağının 10 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 735 metr olan 10 nömrəli kəşfiyyat quyusunun qazma işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisədən bildirilib ki, SOCAR AQŞ “Qərbi Abşeron” yatağının tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atıb. Aparılmış uğurlu geoloji-geofiziki tədqiqat işləri nəticəsində lay təzyiqi ölçülüb, müxtəlif intervallardan kern nümunələri götürülüb, süxurların kollektor xüsusiyyətləri öyrənilib, layın neft-qaz doyumluluğu müəyyənləşdirilib, layların yatımı, süxurların litoloji kəsilişi və sair dəqiqləşdirilib.

10 nömrəli özülün sahə qazma geoloqu Arif Səfərov bildirib: “Qərbi Abşeron” yatağında apardığımız geoloji-geofiziki tədqiqatlar sayəsində əldə olunan uğurlu nəticələr qiymətli məlumat bazası olmaqla yatağın tarixində yeni dövrün başlanmasına böyük təkan verəcək. Belə ki, yataqda baş verə biləcək geoloji mürəkkəbləşmələrin öncədən qarşısının alınması mümkün olacaq və bunun sayəsində quyuların təhlükəsiz qazılması, işlənməsi və işlənmə rejimlərinin düzgün seçilməsi, o cümlədən qaz-kondensat ehtiyatlarının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaq. Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, SOCAR AQŞ hazırda dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 nömrəli, “Qərbi Abşeron” yatağının 10 nömrəli və “Bulla” yatağındakı 6 nömrəli dəniz stasionar özüllərində qazma işləri aparır. Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır