Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

"Neft Daşları"ndan indiyədək 175 mln. tondan çox neft hasil edilib

İndiyədək (01.10.2019-cu il tarixinə ) “Neft Daşları” və “Palçıq Pilpiləsi” neft yataqlarından 185 710 min. ton neft hasil edilib.

Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarında fəaliyyət göstərən mənbə deyib.

Mənbənin sözlərinə görə, hasil edilən neftin 175 611 min tonu “Neft Daşları”, 10 099 min tonu isə “Palçıq Pilpiləsi” yatağının payına düşür.

Qeyd edək ki, hər iki yataq SOCAR-ın “Neft Daşları” Neft-Qaz Çıxartma İdarəsinin balansındadır. Sözügedən yataqlar üzrə qalıq çıxarıla bilən neft ehtiyatı 23 577 min tondur.

Mənbə onu da əlavə edib ki, Yataqlar üzrə İstismar Quyu Fonduna (01.10.2019-cu il tarixinə) 520 quyu daxildir (“Neft Daşları” – 406, “Palçıq Pilpiləsi” – 114), bunlarda da 504-i fəaliyyətdə olan fonda daxildir (“Neft Daşları” – 399, “Palçıq Pilpiləsi” – 105). Bu tarixə (01.10.2019) yataqlar üzrə orta gündəlik neft hasilatı 3 014 ton təşkil edib (“Neft Daşları” – 2 749, “Palçıq Pilpiləsi” – 265).

Xatırladaq ki, “Neft Daşları” yatağının sənaye əhəmiyyətli işlənilməsi 1951-ci, “Palçıq Pilpiləsi” yatağının işlənilməsi isə 1963-cü ildən başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır