Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur

Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı var.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 10-da Bakıda “Baker Hughes” şirkəti tərəfindən təşkil olunan “Energy Forward” tədbirdə deyib.

SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil olunub. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəmdir. Ancaq, eyni zamanda, bu o deməkdir ki, əgər biz hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır