Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-15,
Seanews
Heyder Eliyev

Almaniya şirkətləri SOCAR-ın qaz emalı kompleksi layihəsinə maraq göstərir

Almaniya şirkətləri SOCAR-ın qaz emalı kompleksi layihəsinə maraq göstərir.

SOCAR-dan bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqlə görüşdə hazırkı qlobal pandemiya dövründə Azərbaycanın neft-qaz, neft kimya sənayesində işlərin gedişi haqqında danışıb, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.

Səfir Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığından söz açaraq SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də “Uniper” (E.ON) şirkəti arasında uzunmüddətli, səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolunu qeyd edən səfir ölkəsindəki bir sıra şirkətlərin reallaşdırılması nəzərdə tutulan SOCAR-ın qaz emalı kompleksi layihəsinə xüsusi maraq göstərdiklərini bildirib, COVID-19 pandemiyası başa çatdıqdan sonra həmin şirkətlərin rəhbərlərinin Azərbaycana işgüzar səfərinin təşkil edilməsində maraqlı olduqlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır