t bahala�
Neft yenidən 50 dollarlıq psixoloji həddi keçib. Nyu-York əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Light neftinin 1 bareli 0,10 dollar və ya 0,20% artım nümayiş etdirib. Hazırda bu markadan olan qara qızıl 48,98 dollara təklif olunur. ICE London qitələrarası birjasında Brent markalı qara qızılın 1 barelinin dəyəri isə 0,08 dollar və ya 0,15% yüksəlib. İndi Brent 51,94 dollara satılır. Azərbaycan neftinin qiyməti də 1,49 dollar və ya 2,87% bahalaşaraq 53,11 dollara yüksəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır