Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-21,
Seanews
Heyder Eliyev

İndoneziyada sərnişin bərəsində güclü yanğın baş verib

İndoneziyanın Banten əyalətində, Merak limanına yaxınlaşan “Batumandi” bərəsində güclü yanğın baş verib. Hadisə zamanı sərnişinlər və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunublar.

“Seanews.az” xarici mediaya istinadən xəbər verir ki, dövlətə məxsus ASDP şirkətinin istismar etdiyi bərə oktyabrın 20-də yerli vaxtla saat 16:15 radələrində yanğına məruz qalıb. İlkin məlumatda yanğının maşın şöbəsində başladığı bildirilsə də, gəminin arxa hissəsində qığılcımların görüldüyü də qeyd olunub.

Sərnişinlər “Royce 1” bərəsinə və digər gəmilərə köçürülərək sahilə çatdırılıblar. Bəzi sərnişinlər xəsarət alıb, altı nəfərin tibbi yardım üçün səhiyyə müəssisəsinə aparıldığı bildirilib. Ölənlərin olub-olmadığı barədə məlumat dəqiqləşdirilir.

Yanğının söndürülməsi üçün bir neçə gəmi cəlb olunub. Axşam saatlarında yanğının hələ də davam etdiyi bildirilib. Hadisənin səbəbi araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır