Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ində ”SOCAR GPC” layihəsinə dair sənədlər imzala

Pekində keçirilən  “Bir kəmər-bir yol” forumunda ”SOCAR GPC” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə  Azərbaycan tərəfdən SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Çin tərəfdən Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb. Forum çərçivəsində SOCAR, CNPC və “Technip” şirkətləri arasında “SOCAR GPC” layihəsinə dair “Qaz Emalı Zavodu və Polietilen Neft-kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə Xidmət Müqaviləsi  də bağlanıb. Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək.  “SOCAR GPC” layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalını, təbii qazın tərkibində qaz kimya istehsalı üçün yararlı olan ağır fraksiyaların (C2+) polimerləşməsini və yüksək əlavə dəyər yaradan qaz-kimya məhsullarının istehsalını nəzərdə tutur. Yeni layihə çərçivəsində qaz emalı zavodu və qaz-kimya zavodunun inşası, müvafiq qurğuların quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatının yaradılması planlaşdırılır. Xatırladaq ki,  “Bir kəmər- bir yol” forumunda ölkəmizi İqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  sədri Ramiz Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və başqa rəsmi şəxslər təmsil edirlər Ümumilikdə foruma 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində qatılıb. Həmçinin  110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri də nüfuzlu forumda iştirak edirlər.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır