Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Azəri-Çıraq-Günəşli üzrə yeni müqavilə gələn ay imzalana bi

Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənilməsinə dair yeni müqavilə gələn ayın sonunda imzalana bilər. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib. Onun sözlərinə görə, müqavilə 2050-ci ilədək olan müddəti əhatə edəcək. “BP layihənin operatoru olaraq qalacaq. İmzalanacaq müqavilə bu layihəyə yatırılacaq investisiyaların həcminin artırılmasına imkan verəcək”, – deyə o bildirib. Xatırladaq ki, ötən ilin dekabr ayının 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG-nin gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar. Bu razılaşma yataqlar blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir. ABƏŞ səhmdarları BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh” şirkətləridir. Qeyd edək ki, AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir. AÇG-nin işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır