Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-07,
Seanews
Heyder Eliyev

SOCAR Belarusa daha 93-94 min ton Azərbaycan nefti göndərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük etməyi planlaşdırır.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib

Onun sözlərinə görə, Belarus tərəfi bir neçə həftə əvvəl Azərbaycan neftinin alışı ilə bağlı SOCAR-a müraciət edib və razılıq əldə olunub.

İ. Əhmədov bildirib ki, sazişə əsasən, 93-94 min ton həcmində xam neft ilə bir tankerin 26-27 avqust tarixlərində Ceyhan limanından çıxması planlaşdırılır.

Xatırladaq ki, avqustun 2-də SOCAR tərəfindən Belarus üçün 85 min ton həcmində Azərbaycan nefti yüklənmiş tankerin avqustun 4-5-də Ukraynanın Odessa limanına çatıb. Bu tanker avqustun 2-də Supsa limanından (Qara dəniz, Gürcüstan)  yola düşüb.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır