Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Azneft” üzrə I yarımillikdə 3,07 mln. ton neft hasil ed

Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi üzrə  cari ilin I yarısında 3 071,5 min ton neft və 2 557,2 mln. kubmetr qaz hasil edilib. “Azneft” İB-dən  verilən məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla aparılıb. “Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 6 ayı ərzində “Azneft”in sifarişi əsasında 36 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 22 138 ton neft hasil edilib. İlin əvvəlindən 320 geoloji tədbir keçirilib. Nəticədə 101 539 ton neft hasil edilib. Bu da plana qarşı 47 tədbir çox və 40 093 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 20 894 ton plana qarşı 26 304 ton neft hasil edilib. İlk yarımillikdə fəaliyyətsiz quyu fondundan 33 quyu nəzərdə tutulduğu halda, 55 quyu istismara qaytarılıb. Bu quyulardan 15 321,5 ton əlavə neft alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır