Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

k altı ayda “Şahdəniz”dən 5,1 milyard kubmetr qaz hasil ed

Cari ilin birinci yarısında “Şahdəniz” yatağından 5,1 milyard standart kubmetr təbii qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barrel) kondensat hasil olunub. Bu barədə  “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 30 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir. “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib. İlin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat və 1,64 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır