Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Neft Daşları”nda estakada əsaslı təmir ol

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağındakı 606 və 1702 nömrəli meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, 255 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 106 ədəd svay vurulub, 44 ədəd rigel proqon, 35 ədəd metal ferma, 33 ədəd maili svay başlığı və 30 ədəd oturacaq quraşdırılıb, suüstü əlaqələr təmin edilib. Obyektdə 265 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır