Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Azneft”in fəaliyyətsiz quyu fondundan 62 quyu istismara qaytarı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin fəaliyyətsiz quyu fondundan 38 quyu nəzərdə tutulduğu halda, 62 quyu istismara qaytarılıb. Birlikdən  verilən məlumata görə, bu quyulardan 26,8 min ton neft alınıb.  “Ötən 7 ay bütövlükdə “Azneft” üçün uğurlu dövr olub. Yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri, eləcə də işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində, bütün sahələr üzrə kompleks tədbirlər görülüb. Hesabat dövründə neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara əməl olunub”,- deyə məlumatda qeyd olunub.  Məlumatda həmçinin deyilir ki, bu dövründə “Azneft” üzrə 3 mln. 595,5 min ton neft, 2,99 mlrd. kubmetr qaz hasil edilib: “Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk 7 ayı ərzində “Azneft” İB-nin sifarişi əsasında 39 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 48 min ton neft hasil edilib”. İlin əvvəlindən 377 geoloji tədbir keçirilib, nəticədə 135,6 min ton neft hasil edilib. Bu da plana qarşı 48 tədbir çox və 51,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 22,1 min ton plana qarşı 31 min ton neft hasil edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır