Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

il Ceyhan limanından 17 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarı

Bu ilin avqust ayı ərzində 2 531 737 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, bu həcmin 1 733 485 tonunu (68%) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 239 539 ton təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 14% azdır. Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 074 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Qeyd edək ki, Azərbaycan nefti BTC boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır