var-sentyabrda “Şahdəniz” yatağından hasil edilən qazın ixracı 2,5% ar
2017-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 5 mlrd. 384,7 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. “Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 33,2%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, – deyə məlumatda qeyd olunur. Ümumilikdə bu ilin yanvar-sentyabrında Azərbaycanın magistral qaz kəmərləri ilə 16 mlrd. 207,9 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 7,8% çoxdur. 2016-cı ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 145,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.