Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

AL “Abşeron” yatağında qazma əməliyyatlarına hazırlıq gö

Fransanın TOTAL şirkəti 2018-ci ilin yanvar ayında “Abşeron” yatağında qazma əməliyyatlarına başlamağı planlaşdırır. Bunu bu gün jurnalistlərə TOTAL-ın Azərbaycan üzrə baş direktoru Denis Lemarşal deyib. «Hazırda biz “Abşeron” yatağındakı quyuda qazma işlərinə hazırlıq görürük. Qazma əməliyyatlarına 2018-ci ilin yanvar ayında başlamağı planlaşdırırıq. Qazma işləri H.Əliyev adına yeni yarımdalma qazma qurğusu vasitəsilə həyata keçiriləcək», – deyə o bildirib. Baş direktor qeyd edib ki, yatağın işlənməsinin I mərhələsi üzrə yekun investisiya qərarı (Final Investment Decision, FID) gələn ilin nartında qəbul olunacaq. Bundan əvvəl şirkət layihə üzrə FID-nin 2017-ci ilin IV rübündə qəbul olunacağını nəzərdə tuturdu. TOTAL-ın məlumatına görə, quyu suyun 450 metr dərinliyində qazılacaq. Quyunun gözlənilən sutkalıq debiti 2 min ton kondensat və 4,3 mln. kubmetr qaz təşkil edir. “Abşeron” yatağının işlənməsi üzrə I faza illik 1,5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. Yataqdan qaz hasilatına 2019-cu ilin sonunda başlanması planlaşdırılır. Hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır