Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

G-nin işlənmə müddətinin uzadılması barədə müqavilə parlamentə təqdim ol

Xarici şirkətlərlə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin 2049-cu ilin sonunadək işlənməsi haqqında müqavilə təsdiqlənmək üçün parlamentə təqdim olunub. Məsələ parlamentin bugünkü plenar iclasında müzakirə ediləcək.  Bu barədə Milli Məclisdən məlumat verilib. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Sazişin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən BP şirkəti (layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” 9,57%, “ExxonMobil” 6,79%, ONGC 2,31%, “Inpex Corp.” 9,31%, ITOCHU Oil 3,65%, “Statoil” 7,27%, TPAO 5,73% paya sahib olacaq. Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır