tin bahalaşmasına təsir edən amillər nələr
Neftin qiymətinin 55-60 dollar arasında formalaşacağı gözlənilir. 2015-ci ilin iyulundan sonra ilk dəfə bu gün dünya bazarlarında neftin qiyməti “psixoloji həddi” – 60 dolları keçib. “Brent” markalı neftin 1 bareli 60,22 dollara satılıb. Artımın siyasi hadisələr və neft ixrac edən ölkələrin OPEK-in qərarlarına əməl etmələri ilə əlaqədar olduğu bildirilir. Bundan başqa, Səudiyyə Ərəbistanının neft hasilatını azaldacağı ilə bağlı açıqlamalar və OPEK-in gələn ayın sonu təşkil edəcəyi konfransda daha 7 ölkənin hasilatı azaltmaq qərarına qoşulacağı ilə bağlı xəbərlər də neftin qiymətinə təsir göstərib. Digər tərəfdən, Yaxın Şərqdə baş verən hadisələr və xüsusilə Kürdüstan problemi neftin qiymətinə təsir edən amillər olub.