Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

nub Qaz Dəhlizi qrafikə uyğun reallaşdırı

Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentlərində işlər planlaşdırılan qrafikə uyğun və müvəffəqiyyətlə həyata keçirilir”. Bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, “Şahdəniz 2” layihəsində nəzərdə tutulan işlərin 95%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə 96%-i, TANAP layihəsində “Faza 0” adlandırılan və Əskişəhərə qədər nəzərdə tutulan işlərin 93%-i, TAP boru kəməri üzrə 58%-i başa çatıb. “Avropanın enerji təhlükəsizliyi baxımdan strateji əhəmiyyət daşıyan bu layihə Avropa İttifaqı tərəfdən ümumi maraqlara xidmət göstərən layihələrdən biri olaraq qəbul edilib. Bu da öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı nəzdində strateji əhəmiyyətini bir daha ortaya qoyur. Bu gün Avropa bazarında təbii qaza tələbat sürətlə artmaqdadır, hasilat isə azalmaqdadır. Bu da onu göstərir  ki, Avropa İttifaqının yeni və alternativ mənbələrə ehtiyacı var. TANAP layihəsi üzrə ilkin ixrac həcmimiz 16 milyard kubmetr olsa da, gələcəkdə bu göstərici Abşeron, Ümid, AÇG yataqlarının sərbəst qaz, Qarabağ kimi yeni yataqlarımız, Babək, Zəfər, Məşəl və Şəfəq-Asiman  və sair kimi perspektivli strukturlar hesabına artırıla bilər”, – deyə R.Abdullayev vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır