Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Bulla-dəniz” yatağında yeni quyu istismara daxil ed

Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağında daha bir yüksək debitli yeni quyu istismara daxil edilib. Bu barədə “Azneft” İstehsalat Birliyinə istinadən xəbər verir. “Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri uğurla başa çatıb və yüksək debitli 78 nömrəli kəşfiyyat quyusu istismara verilib. Quyuda qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilib”, – deyə məlumatda qeyd edilib. Bildirilib ki, “Bulla-dəniz” yatağındakı 6 saylı stasionar dəniz özülündən qazılan quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, VIII horizontun 5836-5812 metr dərinlik intervalına süzgəc açılıb. Mənimsəmə-sınaq işləri nəticəsində ilkin olaraq 120 ton kondensat və 500 kubmetr qaz hasilatı ilə mənimsənilməyə başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır