il AÇG-dən Neft Fonduna 5,2 mlrd. dollar daxil
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,195 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub. Bu barədə Neft Fondundan məlumat verilib. Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 127,304 mlrd. dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır