Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

t dağılmalarına müdaxilə üzrə mərkəz yaradıl

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft dağılmalarına müdaxilə mərkəzinin yaradılması üzərində işləyir. Bu barədə Bakıda keçirilən “Xəzər regionunda quruda və dənizdə neft dağılmalarına nəzarət” adlı tədbirdə SOCAR-ın Ekologiya İdarəsinin rəisi Azər Əliyev bildirib. İdarə rəisinin sözlərinə görə, mərkəz üç məntəqədən ibarət olacaq: “Məntəqələr üçün yer müəyyənləşib, torpaq ayrılması başa çatıb. Bunlar Qaradağ rayonunda, Nəriman Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin ərazisində, Pirallahı rayonunda, Çilov adasında yerləşən “28 May” NQÇİ-nın ərazisində və Pirallahı rayonunda Dübəndi Neft Terminalının ərazisində yerləşəcək. Məntəqələr müvafiq olaraq 1,5 ha, 2 ha və 0,76 ha ərazini əhatə edəcək”. SOCAR rəsmisi qeyd edib ki, hazırda layihələndirmə işləri davam edir və 2018-ci ildə layihə aktiv icra mərhələsinə keçəcək: “Mərkəzin yaradılmasında beynəlxalq təcrübənin, beynəlxalq layihə məsləhətçisinin cəlbi nəzərdə tutulur. Mərkəzdə həmçinin qabaqcıl təcrübənin öyrənilərək tətbiqi planlaşdırılır. Mərkəzin əsas fəaliyyəti neft dağılmalarının ləğvinə yönəldiləcək”. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır