Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

rkmənistan Transxəzər layihəsinin yenidən gündəmə gət

Türkmənistan  enerji resurslarını beynəlxalq bazarlara Xəzər regionu ilə tədarük üçün özünün “Şərq-Qərb” qaz kəmərindən istifadəyə hazırdır. Türkmənistanın dövlət xəbər agentliyinin məlumatına görə, 2015-ci ilin dekabrından istifadəyə verilən “Şərq-Qərb” qaz kəməri enerji sahəsində çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlər açıb. Məlumatda deyilir ki, ehtiyac yarandıqda bu kəmər Türkmənistan enerji resurslarının Xəzər regionu vasitəsilə beynəlxalq bazarlara tədarük edilməsində istifadə edilə bilər. Hazırkı mərhələdə ölkənin 733 km məsafədə olan bütün qaz kəmərlərini vahid sistemdə birləşdirən “Şərq-Qərb” kəməri boyunca müxtəlif infrastruktur obyektlərinin tikintisi davam etdiriləcək. Bunun sayəsində “Dövlətabad”, “Malay”, “Yaşlar”, “Qalkınış” kimi iri yataqlarından hasil edilən təbii qazın ölkənin hazırda inşa edilən sənaye zavodları və fabriklərinin inşa edildiyi digər regionlarına revers tədarükünün həyata keçirilməsi imkan yaranıb. Xatırladaq ki, türkmən qazının Avropaya tədarükü ilə bağlı danışıqlar 2011-ci ildən aparılır. Transxəzər layihəsinin də daxil olduğu Cənub Qaz Dəhlizi  Avropa Ittifaqı üçün prioritet olaraq qalır. Xəzər dənizinin dibi ilə Azərbaycan sahillərinə qədər uzanan qaz kəmərin uzunluğu 300 km olacaq. Qeyd edək ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutur və bu növ yanacağı Çin və İran bazarlarına ixrac edir. Apa


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır