Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

SOCAR-KBR” “Abşeron” yatağı üzrə ilkin detallı layihələndirmə müqaviləsi imzala

“SOCAR-KBR” Birgə Müəssisəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağı üzrə ilkin detallı layihələndirmə (FEED) müqaviləsi imzalayıb. Müqavilə üzrə Neft Daşlarında platforma tikiləcək, eləcə də SOCAR-ın şəbəkəsinə qaz və kondensat nəql ediləcək. Müqavilənin dəyəri açıqlanmayıb. Xatırladaq ki, SOCAR və Fransanın “Total” şirkəti 2016-cı ilin sonunda “Abşeron” yatağının işlənməsinin birinci mərhələsinə dair müqavilə imzalayıblar. “Abşeron”un ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat qiymətləndirilir. Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi irimiqyaslı layihələrdə xidmət göstərib. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır