Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Günəşli”dəki 10 nömrəli özüldə iki quyudan hasilat bərpa ed

“Azneft” İstehsalat Birliyi (İB) “Günəşli” yatağındakı 10 nömrəli özüldə aparılan əsaslı təmirdən sonra iki quyu istismara verib. Bu barədə birliyin məlumatında deyilir. “2015-ci il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəzadan sonra özüldə aparılan əsaslı təmirlə quyular istismara qaytarılır. “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündən 185 və 186 nömrəli quyular əsaslı təmirdən sonra istismara verilib”, – deyə məlumatda bildirilir. 186 nömrəli quyu gündəlik 35 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismara daxil olunub. Quyunun gündəlik hasilatı 99 ton neft və 15000 kubmetr qaz təşkil edir. “Hazırda 10 nömrəli dərin dəniz özülündə 8 quyu istismar olunmaqdadır. Özül üzrə orta gündəlik hasilat 412 ton neft və 226 min kubmetr qaz təşkil edir”, – deyə məlumatda bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır