Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

C+ razılaşmasının müddəti gələn ilin sonunadək uzadı

Neft hasilatının azaldılmasına dair OPEC və qeyri-OPEC ölkələri arasında əldə edilmiş razılaşmanın müddəti daha doqquz ay müddətinə – 2018-ci ilin sonunadək uzadılıb. Bu barədə qərar OPEC+ ölkələri nazirlərinin 3-cü iclasında qəbul olunub. 14 OPEC və 10 qeyri-OPEC ölkəsinin yaydığı “Əməkdaşlıq haqqında bəyannamə”yə əsasən, hasilatda dəyişiklik edilməsi məsələsinə növbəti ilin iyununda yenidən baxılacaq. OPEC-in üzvü olan İran, İraq və Anqolanın neft nazirləri də mətbuat üçün verdikləri açıqlamalarda hasilatda dəyişiklik ehtiyacını müəyyənləşdirmək üçün gələn ilin iyununda keçiriləcək OPEC ölkələri nazirlərinin iclasında hazırki sazişin evaluasiyasına tərəfdar olduqlarını bildiriblər. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri və OPEC Konfransının prezidenti Xalid Əbdüləziz Əl Falih isə jurnalistlərə bildirib ki, müvafiq dəyərləndirmə prosesindən sonra sazişə xitam verilməsinə baxılacaq: “Biz sazişə son vermək istəsək, bunu mərhələli edəcəyik”. İclasda iştirak edən dünyanın əsas neft ixracatçısı 24 ölkənin nümayəndələri bundan sonra da gündəlik neft hasilatının 1,8 milyon barel endirilmiş səviyyədə saxlanılması barədə razılaşıblar. Bununla da dünya bazarlarında xam neftə olan tələb və təklif arasında tarazlığın qorunub saxlanacağına ümid bəslənilir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, ötən il bütün dünya üzrə 94 milyon barel neft hasil edilib. Bu ilin əvvəlindən qüvvədə olan saziş sayəsində dünya bazarlarında “qara qızıl” rezervləri yarıyadək azalıb. Bununla belə anbarlardakı ehtiyatların son illərin orta göstəricilərindən yüksək olması neftin qiymətinə mənfi təsir göstərir. İlk dəfə olaraq kartelə üzv olan Liviya və Nigeriya da hasilatın azaldılması prosesinə qoşulub. Onlar gündəlik neft hasilatını 2017-ci ildəki səviyyədən artırmamaq barədə öhdəlik götürüblər. Xatırladaq ki, bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır