Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

gün neftlə bağlı önəmli toplantı keçirilə

Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü, OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 3-cü iclası keçiriləcək. OPEC+ ölkələrin nazirlərinin 3-cü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları olacaq, həmçinin neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflər müzakirə ediləcək. Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi nazirlərin toplantısında OPEC+ sazişinə daha 10-nadək ölkənin qoşulması nəzərdən keçiriləcək. OPEC Nazirlər Şurasının 173-cü iclasında isə hasilat kvotasının artırılması və ya mövcud OPEC+ sazişinin müddətinin 6, 9, həmçinin də 1 ilədək uzadılması əsas müzakirə mövzusu olacaq. Xatırladaq ki, proqnozlara görə, sazişin uzadılması barədə qərar qəbul edildiyi halda  qara qızılın  qiyməti qlobal neft bazarlarında bahalaşacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır