Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

: Neftin ölüm fərmanını indidən vermək səh

Neftin ölüm fərmanını indidən vermək səhvdir. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. “Neftdən istifadədə azalma olacaq. Lakin yük maşınları, təyyarə və neft-kimya müəssisələrində böyük nisbətdə neftdən istifadə ediləcək. Bu baxımdan neftin ölüm fərmanını indidən vermək səhvdir və bu, investorlar üçün də mənfi nəticələr doğura bilər. 2040-cı ildə elektrik enerjisi ilə işləyən avtomobillərin sayı 300 milyona çatsa da, bunun dünyada karbon emissiyasının azaldılmasına təsiri 1 faizdən də az olacaq”, – deyə IEA-nın icraçı direktoru bildirib. F.Birol Çin və Hindistanın enerji və iqtisadi siyasətində ciddi dəyişikliklər yaşandığını, bunun da bütün bazarlara əhəmiyyətli dərəcədə təsir edəcəyini vurğulayıb. Çinin alternativ enerji ilə əlaqədar mühüm addımlar atdığını qeyd edən IEA-nın icraçı direktoru deyib: “Çin dəyişdiyi zaman dünya da dəyişir. Buna görə də, Çini başa düşmək lazımdır. Çin neftdə mühüm bir ölkədir və Mərkəzi Asiyada təbii qaz üzrə tənlikləri dəyişdirir. Çin təbii qazdan böyük həcmdə istifadə etməyə başladığı üçün Asiyada sıxılmış təbii qazın (CNG) qiyməti ucuzlaşdı. İndi qiymətlər 10 dollara düşüb. Hindistan isə qarşıdakı 20 il ərzində  gücünü bir Avropa qədər artıracaq. Çin isə öz tutumuna ABŞ-ı əlavə edəcək”, – deyə F.Birol qeyd edib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır