evi limanı 2200-cü tankeri qəbul
SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalının limanı indiyədək 2 min 200 tankeri qəbul edib və yola salıb. Kulevi limanı 2008-ci il mayın 16-da fəaliyyətə başlayıb. Ötən doqquz ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb, nəticədə isə liman 2 min 200 tankeri qəbul edib və yola salıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Liman 2100-cü tankeri bu il may ayının sonunda qəbul etmişdi. Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır