Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

AR və TPAO əməkdaşlığı genişləndirmək niyyətind

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiye Petrolleri A.O. şirkəti İdarə Heyətinin sədri və Baş direktoru Melih Han Bilgin arasında görüş keçirilib. SOCAR-dan verilən məlumata görə, görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. R.Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib, qeyd edib ki, Azərbaycanda ilk xarici investorlardan biri olan TPAO şirkəti uzun müddət ərzində SOCAR-la ”Azəri-Çıraq-Günəşli”, ”Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində uğurlu tərəfdaşlıq edir. Həmin layihələr çərçivəsində qazanılan nailiyyətlər bu gün də iki qardaş ölkənin iqtisadi yüksəlişinə xidmət edir. Qeyd olunub ki, SOCAR son illərdə öz fəaliyyətlərini şaxələndirərək, Azərbaycanla yanaşı müxtəlif perspektivli xarici bazarlarda, o cümlədən qardaş Türkiyədə nəhəng layihələr keçirməkdədir. TANAP, STAR neft emalı zavodu kimi layihələrin yaxın aylarda tamamlanması və gələn ildən etibarən istismara başlanılması nəzərdə tutulur. Bu da öz növbəsində Türkiyə ilə yanaşı SOCAR və Azərbaycanın gəlirlərinə müsbət təsir göstərəcək. Melih Han Bilgin öz növbəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər olduğunu söyləyib, qeyd edib ki, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi enerji layhələrində iştirakı, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələri hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır