Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Neft Daşları” NQÇİ-də ötən il 1 milyon tondan çox neft hasil ol

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” neft və qazçıxarma idarəsində (NQÇİ) 2017-ci ildə 1 milyon tondan çox neft hasil edilib. İdarədən  verilən məlumata görə, NQÇİ-də ötən ilin 12 ayı ərzində neft-qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib. Belə ki, neft hasilatı üzrə 985 min ton plana qarşı, 1 milyon 19 min 845 ton neft hasil edilərək tapşırıq 103,5 faiz yerinə yetirilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 19 min 843 ton çox hasilat aparılıb. 2017-ci ildə idarədə neft təhvili tapşırığına isə 104,7 faiz əməl olunub. 975 min 800 ton plana qarşı, faktiki olaraq 1 milyon 21 min 333 ton, yəni 45 min 533 ton çox neft təhvil verilib. (2016-cı ilin müvafiq dövründə 980 min 126 ton neft təhvil verilib). 2016-cı illə müqayisədə neft təhvili 41 min 207 ton çox, artım tempi 4,2 faiz təşkil edib. Qaz hasilatı üzrə plan 100 faiz yerinə yetirilib. Bu il yanvar ayının 1-nə olan məlumata görə, idarənin istismar quyu fondu 494-ə bərabərdir. Onlardan 95,7 faizi, yəni 473-ü fəaliyyətdə olan quyu fondunu təşkil edir. Bu quyu fondunun 425-i qazlift üsulu ilə, 55 quyu fontan, 11-i isə dərinlik nasosu üsulu ilə istismar olunur. Fəaliyyətsiz quyu fondu istismar fondunun 3,6 faizinin, yəni 18 quyu təşkil edir. Mənimsəmə quyu fondu 3 quyu təşkil edir. (1691, 2585, 2653 saylı quyular). Ötən il NQÇİ üzrə 26 quyu plana qarşı, 30 quyu qazmadan istismara daxil edilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 12 quyu çox olub. Qazmadan alınan quyulardan neft hasilatı 49 min 770 ton plana qarşı, faktiki olaraq 60 min 872 ton olub (fərq 11 min 102 ton). 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə hasil edilən neftin həcmi 7 min 552 ton çox olub. Fəaliyyətsiz fonddan istismara planla 10 quyunun daxil edilməsi nəzərdə tutulduğu halda, 15 quyu istismara daxil olunub. 2016-cı ilin müvafiq dövründə isə bu rəqəm 15 quyu olub. Fəaliyyətsiz fonddan alınan quyulardan 14 min 811 ton neft, 2016-cı ilin (10 min 927 ton) müvafiq dövrü ilə müqayisədə 3 min 884 ton çox təşkil edib. Qeyd edilib ki, keçən il 80 tədbirə qarşı, 84 geoloji tədbir həyata keçirilib (2016-cı ilin 12 ayı ərzində 84 tədbir, 77 min 957 ton neft). Bunun hesabına 73 min ton plana qarşı, 78 min 249 ton (5 min 249 ton çox) neft hasil olunub. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə tədbir sayı eyni, hasilat isə 292 ton çox olub. Bütün bunlarla yanaşı, 2017-ci ildə neft hasilatını sabit saxlamaq məqsədilə 295 tədbirə qarşı, 362 texniki tədbir həyata keçirilib (2016-cı ilin 12 ayı ərzində 396 tədbir, 11 min 16 ton neft). Nəticədə 9 min 500 ton plana, 11 min 93 ton (1593 ton çox) neft hasil olunub. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 34 tədbir az, hasilat isə 77 ton çox olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır