Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Petkim” “Star” neft emalı zavodu layihəsində səhm al

SOCAR-ın “Petkim” neft-kimya holdinqi “Star” neft emalı zavodu layihəsində 18 faizlik səhm alacaq. Bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir. Qeyd edilir ki, “Petkim PetroKimya Holding A.Ş.” “Star”da əsas payçı olan “Rafineri Holding A.Ş.”nin 30 faizlik səhmlərini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) şirkətindən 720 milyon dollara almaq üçün razılığa gəlib. “Rafineri Holding A.Ş.”də 30 faizlik pay “Star” neft emalı zavodu layihəsində 18 faizlik paya bərabər olur. Satışın lazımi icazələrin alındıqdan sonra 2019-cu il martın 31-də yekunlaşması nəzərdə tutulur. Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir. SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim”in ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda isə yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. “Star” neft emalı zavodu bu il oktyabrın 1-də istifadəyə veriləcək. Layihə üzrə ümumi işlərin 96,4 faizi görülüb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır