Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

2018-ci ildə neftin qiymətinin 60 dollar olacağını proqnozlaşdı

2018-ci ildə dünya bazarında xam neftin qiyməti ortalama 59,9 dollar/barel təşkil edəcək.  Bu, Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “World Economic Outlook 2018” hesabatında qeyd edilib. Hesabata görə, bu rəqəm 2019-cu ildə 56,4 dollar/barel civarında olacaq. Ötən 2017-ci ildə isə xam neftin hər bareli ortalama 52,7 ABŞ dollarına satılıb. IMF OPEC+ anlaşmasının neft qiymətlərinin yüksək olmasına təsir etdiyini də qeyd edib. Qeyd edək ki, IMF oktyabrda yenilədiyi həmin hesabatda neft qiymətlərini 2017-ci il üçün 1,6 dollar/barel, 2018-ci il üçün isə 1,8 dollar/barel azaltmışdı və dünya bazarında xam neftin qiyməti, müvafiq olaraq, 50,3 və 50,2 dollar/barel proqnozlaşdırılmışdı. Fond hesab edir ki, 2017-ci ilin avqustundan etibarən neft qiymətlərinin 20% artması əsas gəlirləri neft ixracından olan ölkələrdə inflyasiyanın artmasına səbəb olub. Amma orta inflyasiya göstəricisi aşağı olaraq qalıb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır