Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

aq BP ilə neft müqaviləsi imzala

Rəsmi Bağdad BP ilə neft müqaviləsi imzalayıb. Bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi deyib. Nazir bildirib ki, BP ilə ölkədəki neft yataqlarının inkişaf etdirilməsi üzrə müqavilə imzalanıb: “İraq hökuməti BP ilə imzaladığı müqavilə ilə Kərkükdən gündəlik 750 min barrel neft ixrac etməyi hədəfləyir. Əsasən Kərkükdəki neft yataqlarını inkişaf etdirmək istəyirik”. “Müqavilə İraq hökumətinə məxsus “Şimal” neft şirkətinin yataqlarını inkişaf etdirməsini və ixracın artırılmasını nəzərdə tutur. İraqın tək gəlir mənbəyi olan neft ixracının artırılması üçün “Şimal” neft şirkəti böyük əhəmiyyət kəsb edir. Bu müqavilə şirkət üçün əhəmiyyətli olacaq”, – deyə nazir əlavə edib. Xatırladaq ki, 2013-cü ildə İraqın Neft Nazirliyi və BP şirkəti arasında müqavilə imzalanıb, lakin ölkədə İŞİD terror qruplaşmasının varlığı razılaşmanın həyata keçməsinə əngəl olub. İŞİD terror qruplaşmasının İraqdan çıxarılması ilə təxminən 4 il sonra qeyd edilən razılaşma rəsmi olaraq yenidən həyata keçirilmiş oldu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır