Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

C: 2018-ci ilin II yarısında neft hasilatı kəskin arta bi

OPEC-in 2018-ci ildə orta gündəlik hasilatı illik müqayisədə 0,2 mln. barel və ya 0,6% artaraq 33,1 mln. barel, ilin ikinci yarısında isə 34 mln. barel təşkil edə bilər. Bu proqnoz OPEC-in aylıq hesabatında dərc olunub. Sənəddə qeyd olunub ki, dekabr ayında kartel üzrə neft hasilatı aylıq müqayisədə 0,042 mln. barel/gün və ya 0,13% aratarq 42,416 mln. barel/gün təşkil edib. Bu, OPEC+ anlaşmasında nəzərdə tutulan 42,5 mln. barel/gün kvotasından aşağıdır.  Dekabrda S.Ərəbistanı hasilatı 11 min barel/gün və ya 0,11% azaladaraq 9,918 mln. barel/günə, Venesuela isə 5% və ya 0,082 mln. barel/gün azaldaraq 1,745 mln. barel/günə endirib. Bu iki ölkədə hasilatın azalması, Nigeriyanın hasilatı aylıq müqayisədə 75 min barel/gün və ya 4,2% artıraraq 1,861 mln. barel/günə çatdırması ilə kompensasiya olunub. Həmçinin, dekabrda hasilatı Əlcəzair, Anqola, İran və Küveyt artırıb. OPEC 2017-ci il üçün neft tələbi üzrə proqnozunu 1,57 mln. barel/gün və ya 1,64% artıraraq 96,99 mln. barel/günə, 2018-ci il üçün isə 1,53 mln. barel/gün və ya 1,58% artıraraq 98,51 mln. barel/günə çatdırıb. OPEC xaricində neft təklifinin 2018-ci ildə 1,15 mln. barel/gün və ya 1,99% artaraq 58,94 mln. barel/gün təşkil etməsi gözlənilir. Artımın əsasən ABŞ, Kanada, Meksika və Britaniya tərəfindən həyata keçiriləcəyi gözlənilir. Norveç və Argentinada isə 2018-ci ildə hasilatın azalması ehtimal edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır