Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

-da neft hasilatı rekord səviyyəyə ça

ABŞ-da 13-19 yanvar həftəsində neft hasilatının həcmi rekord həddə yüksəlib, neft ehtiyatlarının həcmi isə növbəti dəfə azalıb. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.  Hesabata əsasən, ölkədə neft hasilatı 128 min barel və yaxud 1,31% artaraq 9,878 mln. barel/günə çatıb, neft ehtiyatları isə 1,071 mln. barel və yaxud 0,26% azalaraq 411,6 mln. barelə düşüb. Halbuki analitiklər ehtiyatların 2 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 6,861 mln. barel azalma nümayiş etdirib.  Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 2,2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,098 mln barel və yaxud 1,29% artaraq 244 mln. barelə çatıb. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 3,62 mln. barel artıb.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır