Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

AR-AQŞ “Günəşli” yatağında yeni quyu qa

SOCAR-AQŞ “Günəşli” yatağındakı 7 saylı stasionar dəniz özülündən 320 saylı quyuda qazma işlərinə başlayıb. Müəssisədən bildirilib ki, quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2 min 950 metr təşkil edir. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. SOCAR-AQŞ digər quyularda olduğu kimi bu quyunu da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur. Hazırda SOCAR-AQŞ dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağındakı 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır