Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

“Şahdəniz-2” qrafikə uyğun və büdcə çərçivəsində reallaşdırı

Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi – “Şahdəniz-2” layihəsi 2018-ci ildə işə düşəcək. Bunu “British Petroleum” (BP) şirkətinin rəhbəri Bob Dadli Londonda mətbuat konfransında deyib. O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” meqalayihəsinin bir hissəsi olan “Şahdəniz-2” indiyədək BP tərəfindən reallaşdırılmış ən mürəkkəb layihələrdəndir: “Layihədə 6 ölkə, 11 səhmdar şirkət iştirak edir. 4 il əvvəl yekun investisiya qərarının qəbul olunduğu gündən 176 milyon adam-saat həcmində iş görülüb”. BP rəhbəri vurğulayıb ki, layihə 2018-ci ildə işə düşəcək: “Şahdəniz-2” hazırda qrafikə uyğun olaraq və büdcə çərçivəsində reallaşdırılır”. Qeyd edək ki, “Şahdəniz-2” layihəsinin reallaşdırılması çərçivəsində illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrədək artacaq. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır