Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Abşeron yarımadasının dayazsulu hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb

“Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirilib.

Abşeron yarımadasının dayazsulu hissəsi (SWAP) layihəsinin operatoru olan BP şirkətindən AZƏRTAC-a verilən məlumata görə, qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyi Şimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanıb.

İkinci quyunun qazma əməliyyatları dekabrın 11-də başlanıb və təqribən dörd aya bitməsi planlaşdırılır. Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir.

İkinci kəşfiyyat quyusunun qazma işləri Abşeron yarımadasının dayazsulu hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 kilometr aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4400 metrə çatacağı planlaşdırılır.

Qeyd edək ki, BP Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25 faiz iştirak payına malikdir. Digər tərəfdaşlar SOCAR (50 faiz) və “LukOİL” şirkətidir (25 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır