Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

dər Əliyev adına yarımdalma qazma qurğusu dənizə yola salı

Heydər Əliyev adına yarımdalma qazma qurğusu fevralın 23-də “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağında qazma işləri aparmaq üçün dənizə yola salınıb. “Caspian Drilling Company”dən  bildirilib ki, dünyada ilk və yeganə 1400 atmosfer təzyiqinə davamlı, altıncı nəsil Heydər Əliyev adına yarımdalma qazma qurğusunun inşası 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisi “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun menecmenti altında fəaliyyət göstərəcək. Heydər Əliyev adına yarımdalma qazma qurğusu SOCAR və “Total” şirkətlərinin pay sahibi olduğu “Abşeron” qaz yatağında “ABX-2” quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra “ABD001” quyusunu qazacaq. Bu da “Abşeron” yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq. Yola salınma münasibətilə Heydər Əliyev adına yarımdalma qazma qurğusunun inşasını həyata keçirən və tikintini idarə edən “Caspian Drilling Company” şirkətinin heyəti, baş direktoru Fərid Axundov, “Total” şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal və şirkətin əməkdaşlarının iştirakı ilə yolasalma mərasimi keçirilib və Heydər Əliyev adına yarımdalma qazma qurğusu dənizə yola düşüb. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır