Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

AR AQŞ “Günəşli”də yeni quyunun tikintisini başa çatdı

SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyunun tikintisini uğurla və vaxtından əvvəl başa çatdırıb. Bu barədə SOCAR AQŞ məlumat yayıb. Bildirilir ki, müəssisə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2 min 800 metr olan 324 saylı quyunun tikinti işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. SOCAR bu quyuda olduğu kimi, növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır