Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Abşeron” yatağında 2020-ci ilin əvvəlinə kimi hasilatın başlanması gözlən

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilatın 2020-ci ilin əvvəlinə kimi başlanması planlaşdırılır. Bu barədə “Abşeron” yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə qeyd olunub. Yatağın işlənməsinin I mərhələsində gündəlik 4,3 mln. kubmetr qaz, 12 min barel kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından ilk faza çərçivəsində ildə 1,5 mlrd. kubmetr, 2022-2023-cu illərdə isə ikinci faza üzrə 5 mlrd. kubmetr qaz hasilatı gözlənilir. Qeyd edək ki, ictimai dinləmələri layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti keçirir. “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır