Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

AR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş bu il imzalana bi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Statoil” şirkəti bu il “Qarabağ” neft-qaz yatağının işlənməsi üzrə saziş imzalaya bilər. Bunu “Reuters” agentliyinə müsahibəsində SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib. Şirkət rəsmisi bildirib ki, “Qarabağ” yatağı “Abşeron”, “Ümid” və “Babək” yataqları kimi gələcəkdə “Cənub Qaz Dəhlizi”nin gücünün artırılması üçün istifadə oluna bilər. V.Bəylərbəyov əlavə edib ki, bir çox xarici şirkətlər “Ümid” və “Babək” yataqlarının SOCAR-la birgə işlənməsi üçün maraq göstərir və hazırda bu şirkətlərlə danışıqlar aparılır. Şirkət vitse-prezidentinin müavini onu da vurğulayıb ki, “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsi 2018-ci ilin iyulunda işə düşəcək, onun tam işə düşdükdən sonra genişləndirilməsi 2020-ci ildə mümkün olacaq. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır