Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

nəlxalq konfransın iştirakçıları Səngəçal neft terminalı ilə tanış olu

ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransının iştirakçıları  Səngəçal neft terminalı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi ilə tanış olublar. Qonaqlara Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi, terminal və Xəzər Enerji Mərkəzi, həmçinin Azərbaycanın neft və qaz hasilatının tarixi barədə ətraflı məlumat verilib. Konfrans iştirakçıları Səngəçal terminalının ərazisi ilə də tanış olublar. Məlumat verilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovuşuğuna çevirir. Sonra qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi ilə tanış olublar. Qeyd edilib ki, Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanılıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır