Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

ın 2 ildə neftin qiyməti 50-65 dollar/barrel arasında dəyişə

Qarşıdakı 2 ildə neftin bir barrelinin qiymətinin 50-65 dollar arasında olacağı gözlənilir. Bu barədə ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyib. O qeyd edib ki, neftin qiymətinin ucuzlaşmağa başladığı 2014-cü ilin ikinci yarısından etibarən keçən ilə qədər qlobal neft bazarı çətin günlər keçirib. Neft şirkətləri bir barrel nefti 100 dollar əvəzinə hazırda 60 dollara istehsal edir. Şirkətlər artıq daha yaxşı və balanslıdırlar. “Ehtiyatlar azaldığı zaman yaxşı texnologiyalarla daha çox iş görüldüyünü müşahidə etdik. Bu, texnologiyada digital inkişafın təmin etdiyi istehsaldakı irəliləmə sayəsində oldu”, – deyə R.Dadli əlavə edib. Bərpaolunan enerji mənbələrinin inkişafına baxmayaraq yaxın gələcəkdə neft və təbii qazın qlobal enerji tələbatındakı payının ən az 40 faiz olacağının nəzərdə tutulduğunu deyən BP şirkətinin baş icraçı direktoru bildirib: “Bərpaolunan enerji üçün atılan addımlar çətinlikləri aşmağa kömək etməyəcək. Bunun əvəzinə karbon emissiyalarını azaltmaq üçün birgə səylər göstərilməlidir. İqtisadiyyatın bütün sektorları ilə yanaşı istehlakçılar da karbon emissiyasını azaltmaqda iştirakçılardan olmalıdır. BP kimi neft-qaz sektorundakı digər beynəlxalq şirkətlər də bərpaolunan enerji və karbon emissiyasını azaldacaq texnologiyaları inkişaf etdirir. Bu şirkətlərin birgə çalışması məqsədəuyğun olar”. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır