Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

AP-ın Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamla

TANAP boru kəmərinin Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb. Türkiyənin paytaxtı Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə idarə heyəti üzvlərinə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99 faizi yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80 faizi həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93 faizdən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. TANAP-ın idarə heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər. Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyard kubmetrə çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrə çatdırıla bilər. Layihədə SOCAR 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır